Rusiya Ukraynaya qarşı bu raketlərdən istifadə edir

Rusiya Ukraynaya qarşı bu raketlərdən istifadə edir

Ukraynaya genişmiqyaslı hərbi müdaxilə fonunda Rusiya arsenalında olan bütün silahlardan istifadə edir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.

O qeyd edib ki, işğalçı ölkə qadağan olunmuş silahları fəal şəkildə tətbiq edir:

“Rusiyanın bizə qarşı istifadə etdiyi müxtəlif növ raketlər var: ballistik raketlər – məsələn, “İsgəndər”, Qara dənizdən və ya Belarus ərazisindən atılan “hava-yer” qanadlı raketləri – məsələn, “Kh-29”, “Kh-55”, “Kh-555”, o cümlədən onlardan ən bahalısı – 5 min kilometr məsafə qət edə bilən “Kh-101”; Qara dənizdən atılan “Kalibr” qanadlı raketləri, “Toçka U” ballistik operativ-taktiki raketləri, FAP-3000, FAP-1000 bombaları… Onlardan Mariupol çox əziyyət çəkdi”.

DOSYE.ORG

COMMENTS