Rusiya Ukraynaya silah verilməsinə görə xəbərdarlıq etdi

Rusiya Ukraynaya silah verilməsinə görə xəbərdarlıq etdi

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Ukraynaya qarşı başlatdıqları hərbi müdaxilənin Rusiya Federasiya Şurasının sanksiyası ilə BMT Konvensiyasının 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini və bunun üçün NATO-nun Ukraynaya yardım etməməli olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Baş Assambleyanın Ukrayna Fövqəladə Xüsusi Sessiyasındakı çıxışında deyib.

V.Nebenzya Ukraynaya silah yardımını utancverici və əsassız adlandırıb:

“Bunu düşmənçilik hərəkəti kimi qəbul edəcəyik. Təhlükəsizlik zəmanəti istədik və tələblərimiz yerinə yetirilmədi”.

O, Ukraynanın bu prosesdə Qərb dövlətləri tərəfindən təxribata məruz qaldığını deyib:

“Hazırkı düşmənçiliyi biz yox, ukraynalılar Ukraynanın şərqindəki Donbas sakinlərinə qarşı başladıb”.

Rusiya nümayəndəsi həmçinin rus əsgərlərini gözdən salmaq üçün media müharibəsi getdiyini və bununla bağlı milyonlarla saxta xəbərlər hazırlandığını iddia edib.

DOSYE.ORG

COMMENTS