Rusiya XİN müavini Polad Bülbüloğlu ilə görüşdü

Rusiya XİN müavini Polad Bülbüloğlu ilə görüşdü

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko və Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu bu gün regional təhlükəsizlik məsələlərini, xüsusən də Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

“Dosye.org” xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat xidməti məlumat yayıb.

“İkitərəfli münasibətlərin aktual məsələləri, beynəlxalq platformalardakı qarşılıqlı fəaliyyət, həmçinin regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemləri müzakirə edilib”,- deyə nazirlikdən bildirilib.

DOSYE.ORG

COMMENTS