
Avropa.info xəbər verir ki, təhlükəsizlik səbəbindən adı açıqlanmayan və üzü göstərilməyən keçmiş FTX əməkdaşı Putin hökumətinin terrorçu qruplara dəstək verdiyini iddia edib.
“Terrorçu qrupları maliyyə dəstəyi ilə təmin edən Rusiya xüsusi xidmət oraqnlarının üzvləri bu şəkildə etibarlarını yüksəldərək terror təşkilatlarının iyerarxiyasında ucalmağı bacarırlar.
“Hizbullah”ın təhlükəsizlik şefi Abdulhadi Hamadinin oğlu və iki qardaşı oğlu Rusiya ilə əməkdaşlıq edir. Bir vaxt Moskvada yaşayan bu insanlar hazırda Avropada yaşayırlar və rus xüsusi xidmət orqanları ərəb-Livan blokunu bunlar vasitəsilə idarə edir”, -deyə keçmiş FTX əməkaşı etiraf edib.
FTX əməkdaşı Rusiyanın İŞİD-lə də əlaqəsi olduğunu deyib: “Səddam rejminin üzvləri və İraq ordusunun komandirləri İŞİD-in qurulmasında önəmli rola malikdirlər. Hazırda İŞİD-də olan bu adamların demək olar ki hamısı Rusiya təhsil müəssisələrinin məzunları olublar”.
COMMENTS