Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Emin Cabbarov tutulub.
COMMENTS