Rusiyanın Orenburq vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun sədri ƏIləddin Məmmədov qəfil vəfat edib.
Samara azərbaycanlıları Liqasının sədri Şirvan Kərimovun musavat.com-a bildirdiyinə görə, tikinti biznesiylə məşğul olan Ələddin Məmmədov 52 yaşında idi. Bu səhər yuxudan ayılmayan Məmmədovun infarktdan dünyasını dəyişdiyi bildirilir.
Kərimovun bildirdiyinə görə, mərhumla vida mərasimi sabah saat 11-də baş tutacaq. Bundan sonar onun nəşi Azərbaycana gətiriləcək və Bakıda dəfn ediləcək.
Dosye.org
COMMENTS