Rusiyada azərbaycanlıya silahlı hücum olub

Sankt-Peterburqun Kalinin rayonunda beş nəfər cinayətkar Azərbaycandan olan fəhləni qarət edib. Dosye.org Report.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbədən “Rosbalt”a verilən məlumata görə, hadisə yerli vaxtla 6:30-da Nepokoryonnıx prospektində baş verib.

Cinayətkarlar “Range Rover” markalı avtomobil ilə işıqforun qırmızı işığında gözləyən “VAZ 21099” markalı maşının yanında dayanıblar. “Jiquli”də 23 yaşlı Azərbaycan vətəndaşı olub. Canilər onu tapançaya bənzər əşya ilə hədələyıb 300 min rublunu (4380 dollar) və mobil telefonunu qarət edərək hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, azərbaycanlı maşında sərnişin olub. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi üzrə cinayət işi qaldırılıb.

COMMENTS