Rusiyada Azərbaycanlılar arasında dəhşətli dava : 1 ölü 3 yaralı

Moskvada azərbaycanlıların növbəti haqq-hesabı Şahverdiyev soyadlı soydaşımızın və Ramin Mirzəyevin ağır yaralanması ilə nəticələnib.

Dosye.org  Rusiya KİV-nə istinadən xəbər verir ki, Belovejskaya küçəsində baş verən çəkişmədə 27 yaşlı Şahverdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ağır yaralanan Ramin Mizəyev isə Rusiya paytaxtındakı klinikalardan birinə yerləşdirilib.
Moskva şəhər hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Şahverdiyevi Mizəyev öldürüb. Onların arasında baş verən mübahisə zamanı Şahverdiyev Mirzəyevi güllələyib, yaralı Mirzəyev isə cavab olaraq rəqibinə bıçaqla zərbələr vurub. Nəticədə Şahverdiyev hadisə yerindəcə keçinib.

COMMENTS