Rusiyada benzin bahalaşdı: Hökumət hərəkətə keçdi

Rusiyada benzin bahalaşdı: Hökumət hərəkətə keçdi

Ötən həftə ərzində Rusiyada benzinin pərakəndə satış qiymətlərində ciddi artım baş verib.

Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Aİ-92 marka benzin 90 qəpik bahalaşaraq 42,21 rubla, Aİ-95 marka benzin isə 88 qəpik bahalaşaraq 45,5 rubla çatıb. Dizel yanacağının da qiymətindsə 88 qəpiklik artım baş verib və litri 45,5 rubla satılmağa başlayıb.

Bahalaşmanın əsas səbəbi kimi satıcıların əllərində olan ucuz məhsulun tükənməsi göstərilir. Belə ki, neftin dünya bazar qiymətinin artması ilə bağlı son həftələrə benzin istehsal edənlər topdansatış qiymətlərini yüksəldiblər.

Hökumət bahalaşmanın davam etməməsi üçün tədbirlər paketi hazırlayıb. Belə ki, Əmtəə Bazarları Şurası bir müddət əvvəl bahalaşmanın qarşısını almaq üçün baş nazirə təkliflər göndərib. Təkliflərdə neft məhsullarına tətbiq olunan aksizlərin hər litr üçün 2-3 rubladək azaldılması nəzərdə tutulur.

Baş nazir Dmitri Medvedyev hökumətə mayın 28-dək benzin və dizel yanacağına aksizlərin azaldılması üzrə tədbirlər hazırlamağı tapşırıb. Dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək. Hökumət bununla pərakəndə bazarda neft məhsullarının bahalaşmasının qarşısını almağı nəzərdə tutur.

Baş nazirin müavini Dmitri Kozak bildirib ki, aksizlər dizelə görə hər litr üçün 2 rubl, benzinə görə isə 3 rubl olacaq. Onun sözlərinə görə, hökumət bu addıma ona görə gedir ki, 2010-cu ildən bəri motor yanacağına aksizlər 2,5 dəfə artırılıb.

Dosye.org

COMMENTS