Rusiyada İES-də partlayış olub – 18 nəfər yaralanıb

Rusiyada İES-də partlayış olub – 18 nəfər yaralanıb

Rusiyanın Tuva Respublikasında İstilik Elektrik Stansiyasında (İES) partlayış olub.

DOSYE.ORG “TASS”a istinadən xəbər verir ki, hadisə Uluq-Xem rayonundakı Şaqonarskaya İES-də baş verib.

Respublikanın başçısı Vladislav Xovalıq bildirib ki, hadisə nəticəsində 18 nəfər xəstəxanaya yerləşdirilib:

“6 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta ağırdır. Daha üç nəfərin vəziyyəti qənaətbəxşdir. Hazırda bütün yaralılar xəstəxanalara çatdırılır. Digər 3 nəfərin axtarışı davam edir”.

COMMENTS