Rusiyada İŞİD sponsoru yaxalandı, İstanbul kartı çıxdı – Foto

Rusiyada İŞİD sponsoru yaxalandı, İstanbul kartı çıxdı – Foto

Rusiyada İŞİD üzvlərinə pul göndərən şəxsin mənzilində axtarış aparılarkən bank kartları sırasında İstanbul kartı da aşkarlanıb.

Musavat.com-un xəbərinə görə, Suriya başda olmaqla digər ölkələrdə də olan İŞİD-çilərə 50 milyon rubl (təxminən 1 milyon, 315 min manat) göndərmiş Georgi Quyev həbs edilib. O, Şmali Osetiyadandır.

26 yaşlı İŞİD sponsorunun 2015-ci ildən terrorçulara maliyyə transfer etdiyi müəyyən olunub. Bu vəsaitlər terror aktlarının təşkili üçün xərclənib.

Onun mənzilində ekstremizmi təbliğ edən kitablar, bir çox bank kartları və İŞİD koordinatorlarının təlimatlarını təsdiqləyən telefonlar ələ keçirilib.

FSB əməkdaşları Quyevin İstanbula gedib-getmədiyini araşdırırlar. Onun İŞİD-ə göndərdiyi külli miqdarda vəsaiti haradan əldə etdiyi gizli olaraq qalır.

DOSYE.ORG

COMMENTS