Top.Mail.Ru

Rusiyada koronavirusa yoluxan xəstə sağalır – Şok açıqlama

Rusiyada koronavirusa yoluxan xəstə sağalır – Şok açıqlama

Rusiyanın Zabaykal diyarında koronavirus aşkar edilən Çin vətəndaşı sağalmaqdadır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmət (Rospotrebnadzor) regional idarəsinin rəhbəri Svetlana Lapa bildirib:

“Bu xəstə ilə yalnız iki nəfər yaxın təmasda idi, onlar da təcrid olunmuş vəziyyətdə və tibb işçilərinin nəzarəti altındadırlar. Bu günə olan vəziyyətə görə xəstə artıq sağalma mərhələsinə başlayıb”.

Zabaykal diyarının qubernatorunun mətbuat xidməti isə xəstə ilə əlaqəyə girən insanların hamısının sağlam olduğunu vurğulayıb.

Qeyd edək ki, dünən Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Rusiyada iki koronaviruslu xəstənin aşkarlandığını söyləyib. Həmin xəstələr Zabaykalye və Tümen vilayətində qeydə alınıb.

DOSYE.ORG

COMMENTS