Rusiyanın Oryol vilayətində neft anbarına dron hücumu olub.
Axar.az xəbər verir ki, bu barədə “Astra” nəşri bildirib.
Sözügedən regionun qubernatoru Andrey Klıçkov Teleqram hesabında kütləvi dron hücumunun olduğunu təsdiqləyib:
“PUA-ların kütləvi hücumu nəticəsində infrastruktur obyektində yanacaq alışıb, vurulmuş PUA-ların qalıqları bir neçə fərdi evin pəncərələrini də zədələyib”, – Klıçkov bildirib.
COMMENTS