Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Rusiyanın “Yutair” aviaşirkəti  məxsus ” Boeing-737 ” təyyarəsi Samara şəhərində məcburi eniş etməli olub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, buna  səbəb təyyarənin mühərriklərindən birinin sıradan çıxması olub.
 
Hava gəmisinin göyərtəsində 202 sərnişinin olduğu bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb. İnsidentin başvermə səbəbləri araşdırılır. 

 

COMMENTS