Rusiyadakı azərbaycanlı politoloqdan ermənilərlə bağlı şok proqnoz…

Rusiyadakı azərbaycanlı politoloqdan ermənilərlə bağlı şok proqnoz…

erm.jpg

Abdul Nağıyev: “Ermənistan hazırda öz de-yure suverenliyini belə itirməklə üz-üzədir”

“Rusiya iqtisadiyyatındakı uçurum Ermənistana dağıdıcı zərbə vurmaqdadır”. Bunu dosye.org-a eksklüziv açıqlamasında Rusiyanın Konstruktiv Siyasət Mərkəzinin rəhbəri, politoloq Abdul Nağıyev Rusiyanın iqtisadi böhranının başlaması ilə Ermənistanın tamamilə çökməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ermənistan hazırda öz de-yure suverenliyini belə itirməklə üz-üzədir: “Ermənistan eyni zamanda sözün əsl mənasında dövlətçiliyini itirməkdədir. Lakin istisna hal deyil ki, mövcud vəziyyətdən çıxmaq üçün Dağlıq Qarabağ müharibəsi yenidən başlaya bilər. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinin danışıqlar yolu ilə həll etməkdə göstərdiyi bütün səylər Ermənistan tərəfindən hər zaman olduğu kimi bu dəfə də sıfra endiriləcək. Bunun üçün də ilk növbədə informasiya üzərindən təbliğat apararaq Azərbaycanın heç də xeyrinə olmayacaq xəbərlər yaymağa başlayacaqlar”.

COMMENTS