Top.Mail.Ru

Rusiyadan Türkiyə ETİRAFI: Çox əhәmiyyәtli tәrәfdaşdır

Rusiyadan Türkiyə ETİRAFI: Çox əhәmiyyәtli tәrәfdaşdır

“Türkiyә Rusiya üçün çox әhәmiyyәtli tәrәfdaşdır”.

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvada tәşkil edilәn Türkiyә-Rusiya Biznes Forumunda çıxışı zamanı deyib.

Rusiya vә Türkiyә arasındakı münasibәtlәri qiymәtlәndirәn Novak ikitәrәfli münasibәtlәrin tәrәfdaşlıq vә dostluq sәviyyәsindә olduğunu vurğulayıb.

O, iki ölkәnin çox sayda sahәdә birgә layihәlәr hәyata keçirdiyinә diqqәt çәkәrәk enerji sahәsindә ‘‘Türk axını’’ tәbii qaz boru kәmәri ilә Akkuyu Atom Elektrostansiyası layihәlәrinin hәyata keçirildiyini xatırladıb. İki ölkə arasındakı ticarәt әlaqәlәrinin inkişaf etdiyini vurğulayıb.

Rusiyada üç mindәn çox Türk şirkәtinin müxtәlif sahәlәrdә fәaliyyәt göstәrdiyini bildirәn Novak bu şirkәtlәrin Rusiya iqtisadiyyatına investisiya yatırmasının tәrәfdarı olduğunu diqqətə çatdırıb.

COMMENTS