Rusiyalı məşhur fenomen SAXLANILDI

Rusiyalı məşhur fenomen SAXLANILDI

Rusiyalı 20 yaşlı sosial media fenomeni Hasbulla Maqomedov yol hərəkəti qaydalarına məhəl qoymayaraq dostları ilə şou göstərdiyi üçün polis tərəfindən saxlanılıb.

DOSYE.ORG xəbər verir ki, Hasbulla bir neçə dostu ilə birlikdə toy karvanını bir-birinə qatıb.

Dostlarının toyuna gedən gedən gənclər küçənin ortasında avtomobilləri ilə “drift” edərək şou göstəriblər.

Şikayət əsasında Hasbullar dostları ilə birlikdə polis tərəfindən saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyi Hasbulla və dostlarının avtomobillə küçədə etdikləri təhlükəli şounun görüntülərini paylaşıb.

COMMENTS