RUSİYALI PROFESSOR MƏRKƏZİ ELMİ KİTABXANADA OLUB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimovanın dəvəti ilə ölkəmizə səfər edən Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, professor, biologiya elmləri doktoru, Rusiya Federasiyasının İctimai Palatası nəzdində Dayanıqlı İnkişaf İnstitutunun direktoru, N.K.Koltsov adına İnkişafın biologiyası İnstitutunun Postnatal ontogenez laboratoriyasının müdiri Vladimir Zaxarov ilə görüş keçirilib.

Görüşdə AMEA-nın Fiziologiya və Botanika İnstitutunun əməkdaşları iştirak ediblər.

MEK-in təşkilati dəstəyi ilə keçirilən tədbirdə “İnkişafın homeostazı: ekoloji və sosial aspektləri” mövzusunda elmi mühazirə dinlənilib. Mühazirədə fərdi inkişafla populyasion inkişaf arasında qarşılıqlı əlaqələrdən danışılıb.

Ruslan Kərimov,
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti

COMMENTS