Rusiyanın Azərbaycanla sərhədində yerləşən sərhəd-keçid məntəqəsi yandı

Rusiyanın Azərbaycanla sərhədində yerləşən sərhəd-keçid məntəqəsi yandı

Rusiyanın Azərbaycanın Xaçmaz rayonu ilə həmsərhəd olan Dağıstanın Məhərrəmkənd rayonunun Tahirkənd Qazmalar sərhəd-keçid məntəqəsi yanıb.

 

Anspress-in məlumatına görə, həmin keçid-məntəqəsində bütün texniki avadanlığın yandığı bildirilir.

Rusiyanın FHN əməkdaşları hadisə yerinə cəlb olunublar və yanğını söndürüblər.
Həmin keçid məntəqəsinin yaxınlığında yerləşən Xaçmaz rayon Xanoba sərhəd-keçid məntəqəsinə heç bir ziyan dəyməyib.

Buna baxmayaraq bizim yanğınsöndürənlər hər ehtimala qarşı həmin əraziyə cəlb olunublar.

COMMENTS