Rusiyanın bu şəhərində fövqəladə vəziyyət elan edildi

Rusiyanın bu şəhərində fövqəladə vəziyyət elan edildi

Rusiyanın Zabaykal diyarının paytaxtı Çita şəhərində güclü külək və yanğın səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

DOSYE.ORG xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Bildirilib ki, bununla bağlı əmri şəhər meri səlahiyyətlərini icra edən Andrey Qrenişin imzalayıb.

Şəhər hakimiyyətinin məlumatına görə, küləyin sürəti saniyədə 22 metrə çata bilər ki, bu da ciddi təhlükə yaradır. Belə ki, otların od tutması nəticəsində çöl yanğını daha geniş sahəyə yayıla bilər.

COMMENTS