Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Rusiya Hava Kosmik Qüvvələrinin (HKQ) “Su-34” təyyarəsi Şimali Osetiya dağlarında qəzaya uğrayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Şimali Osetiya-Alaniya Respublikasının dağlıq ərazisində planlı təlim-məşq uçuşu zamanı Rusiya HKQ-nin “Su-34″ təyyarəsi qəzaya uğrayıb. Təyyarə əhalisi olmayan əraziyə düşüb. Ərazidə dağıntı yoxdur. Heyət həlak olub”, – deyə qurumdan bildiriblər.

Təyyarə qəzasının ilkin səbəbi texniki nasazlıq ola bilər.

“Təyyarənin düşdüyü əraziyə HKQ-nin komissiyası göndərilib”, – Müdafiə Nazirliyindən əlavə ediblər.

Respublikanın operativ xidmətlərinin məlumatına görə, Alaqir rayonunun dağlarına düşən təyyarədə iki pilot olub.

COMMENTS