Rusiyanın Litvadakı Baş Konsulluğu bağlanıb

Rusiyanın Litvadakı Baş Konsulluğu bağlanıb

Litvanın Klaypeda şəhərində Rusiya Federasiyasının Baş Konsulluğu bağlanıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat verilib.

“Rusiyanın Klaypedadakı Baş Konsulluğu bağlanıb”, – deyə konsulluğun rəsmi internet səhifəsində deyilir.

Xatırladaq ki, Litva Rusiya səfiri Aleksey İsakova ölkəni tərk etmək göstərişini verərək Klaypedadakı Rusiya konsulluğunu bağlamaq qərarına gəlib. Diplomatik nümayəndəliyin əməkdaşları da 15 gün ərzində Litvanı tərk etməli idilər. Həmçinin Rusiyanın müvəqqəti işlər vəkilinə Ukraynada keçirilən müharibə əməliyyatları ilə bağlı Vilnüs tərəfindən iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması qərarı barədə məlumat verilib.

Bundan əvvəl Litva Seymi hərbi aqressiyanı təşviq edən simvolları qadağan edən düzəlişləri təsdiqləyib. Qadağa altına həmçinin Müqəddəs Georgi lenti də düşüb ki, Vilnüsdə bu simvol “totalitar və ya avtoritar rejimlərin” simvolu hesab edilib.

DOSYE.ORG

COMMENTS