Rusiyanın yeni Baş Prokuroru o oldu

Rusiyanın yeni Baş Prokuroru o oldu

Rusiyanın yeni Baş Prokuroru namizədliyi Prezident Vladimir Putin tərəfindən irəli sürülən İqor Krasnov oldu.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, Rusiya Federasiya Şurası İqor Krasnovu ölkənin Baş Prokuroru olaraq təsdiqləyib.

Artıq Krasnovun andiçmə mərasimi də baş tutub. O, indiyə qədər Rusiya İstintaq Komitəsinin sədr müavini olub.

Xatırladaq ki, sabiq Baş Prokuror Yuri Çayka 2 gün öncə istefa verib.

DOSYE.ORG

COMMENTS