Top.Mail.Ru

Rusiyaya məxsus sərnişin təyyarəsi Ermənistanda sərt eniş etdi

Rusiyaya məxsus sərnişin təyyarəsi Ermənistanda sərt eniş etdi

Rusiyanın “Pobeda” aviaşirkəti öz təyyarəsinin erməni şəhəri Gümrinin aeroportunda sərt eniş etməsi barədə xəbəri təkzib edir.

“İnterfaks” xəbər verir ki, bunu şirkətin nümayəndəsi Yelena Selivanova deyib.

“Gümridə uçuşdan sonraki müayinədə füzelyajın müdafiəsi üçün nəzərdə tutulmuş quyruq dabanının zədələndiyi aşkar edilib. Dabanın toxunması ikinci dairəyə gediş vaxtı olub”,-deyə Y.Selivanova bildirib və əlavə edib ki, sərt enmə haqda KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil.

Aviaşirkətdən onu da bildiriblər ki, geriyə reysin müştəriləri üçün artıq ehtiyat bort uçub.

**00:04

Rusiyanın “Pobeda” aviaşirkətinin təyyarəsi erməni şəhəri Gümrinin aeroportunda sərt eniş edib, zərər çəkən yoxdur.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti Ermənistan Mülki Aviasiya Komitəsinə istinadən xəbər yayıb.

“Avqustun 19-da, saat 21.04-də Gümrinin Şirak hava limanına enərkən “Pobeda” aviaşirkətinə məxsus təyyarənin arxa hissəsi uçuş zolağına toxunub və nəticədə təyyarənin quyruğu zədələnib. Təyyarədə 173 sərnişin olub, hadisə nəticəsində zərər çəkən olmayıb”, -deyə Komitənin məlumatında bildirilir.

Qeyd edilir ki, sonrakı uçuşu “Pobeda”nın ehtiyat təyyarəsi həyata keçirəcək.

Məlumatda o da vurğulanır ki, insidenti araşdırmaq üçün komissiya yaradılıb.

DOSYE.ORG

COMMENTS