Rusiyaya məxsus təyyarə Bakıda təcili eniş etdi

Rusiyaya məxsus təyyarə Bakıda təcili eniş etdi

Bakıda Rusiyaya məxsus, Hindistanın Qoa adasından Moskvaya hərəkət edən təyyarə təcili eniş edib.

Bunu Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Qeyd olunub ki, Rusiyanın “Azur Air” aviaşirkətinin Qoa-Moskva marşrutu ilə hərəkət edən təyyarəsi texniki səbəblərlə əlaqədar Bakı aeroportunda eniş izni istəyib: “Təyyarə yerli vaxtla saat 11:05-də uğurla eniş edib. Bütün sərnişinlər hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşdirilib, onlara qida və içki təqdim olunub. Bizdə olan məlumata görə, onların ardınca digər təyyarə gələcək”.

DOSYE.ORG

COMMENTS