“Ruslar 48 gündə Əfqanıstandakı 10 illik müharibədən çox itki verdi” – Zelenski

“Ruslar 48 gündə Əfqanıstandakı 10 illik müharibədən çox itki verdi” – Zelenski

“Rusiya Federasiyasının rəhbərliyi işğaldan bir neçə gün parad keçirmək istəyirdi, amma Ukrayna müdafiəçiləri onları hər gün cəhənnəmə göndərdi”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Zelenski deyib.

Onun sözlərinə görə, 48 gün ərzində Rusiya ordusu Əfqanıstandakı 10 illik müharibədə Sovet İttifaqından daha çox itkilər verib.

O xatırladıb ki, Rusiya Kiyevin 48 saata alınacağı ilə öyünürmüş: “Amma Ukrayna 48 gündür ki, düşməni dəf edir. Bu gün bunu xatırlamağa dəyər. Xatırladaq ki, Rusiya rəhbərliyi işğal başlayandan bir neçə gün sonra, fevralın 24-dən bir neçə gün sonra Xreşçatıkda işğalçıların paradını görməyə ümid edirdi. Halbuki müharibə 48 gündür davam edir. 48 gündə Rusiya ordusu Əfqanıstanda 10 il davam edən müharibədə Sovet İttifaqından daha çox geri dönməz itkilər verib”.

Xatırladaq ki, hazırda rus ordusu Xarkov, Xerson, Mariupola hücumlarını davam etdirir. Ukrayna tərəfi indiyə qədər rus ordusunun 19,6 min nəfər itki verdiyini bildirir.

Qeyd edək ki, Əfqanıstanda müharibə 1979-1989-cu illərdə davam edib. 10 illik müharibə zamanı SSRİ-nin itkilərinin təxmini sayının 15 minə yaxın olduğu güman edilir.

COMMENTS