Ruslar bombaladı: 10 min insan Türkiyəyə doğru hərəkətə keçdi

Ruslar bombaladı: 10 min insan Türkiyəyə doğru hərəkətə keçdi

Son 48 saat ərzində İdlibdən Türkiyə sərhədlərinə 10 min qaçqın gəlib.

Teleqraf.com xəbər verir ki, son günlər Bəşər Əsəd rejimi qurudan, Rusiya hərbi aviasiyası isə havadan İdlib və onun həndəvərini aramsız bombardman edir.

Bu səbəbdən İdlibdə Türkiyəyə doğru böyük qaçqın seli müşahidə edilir.

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ötən gün belə bir ehtimalı anons edən bəyanat vermişdi.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık bildirib ki, Əsəd rejimi ilə birlikdə rus aviasiyasının hücumunun məqsədi İdlibi cənub və qərb xəttinə bölməkdir: “Son 48 saat içərisində sərhədlərimizə 10 min insan gəlib”.

DOSYE.ORG

COMMENTS