Ruslar növbəti dəfə bombaladı: 5 ölü

Rusiya qırıcılarının Suriyanın Hələb şəhərini bombalması nəticəsində 5 mülki şəxs həlak olub, 11-i isə yaralanıb.
 
Axar.az xəbər verir ki, qırıcılar müxalif qüvvələrin nəzarətində olan Kellese məhəlləsini hədəf alıblar.
 
Nəticədə 5 nəfər ölüb, 11-i isə yaralanıb. 
 
Dağıntılar altında qalanların isə axtarışlarına başlanılıb.
 
Qeyd edək ki, rus qırıcıları son zamanlar daha çox Xüms, Həma, İdlib və Hələbin müxaliflərə aid bölgələrini hədəf alır. 

 

COMMENTS