Rusların daha bir hərbi kalonu məhv edildi-Nəzarət məntəqəsi də vuruldu + VİDEOLAR

Rusların daha bir hərbi kalonu məhv edildi-Nəzarət məntəqəsi də vuruldu + VİDEOLAR

Ukraynanın 10-cu dağ-hücum briqadası Rusiya ordusuna məxsus hərbi texnikanı məhv edib.

Bu barədə briqadanın “Facebook” hesabında paylaşım edilib.

Görüntülərdə Rusiya ordusuna məxsus hərbi kolonun çox sayda məhv edilmiş texnikası əks olunub.


Ukrayna Silahlı Qüvvələri “Bayraktar TB2” zərbə PUA-sının fəaliyyəti ilə bağlı da yeni görüntüləri yayıb. “Bayraktar” Rusiya ordusunun nəzarət məntəqəsini məhv edib.

“Düşmənin nəzarət nöqtəsi məhv edildi!” – deyə qurumdan videoya şərh yazılıb.

Həmin görüntüləri təqdim edirik:

Martın 12-nə olan məlumata görə, fevralın 24-dən etibarən Rusiya ordusu döyüşlərdə ümumilikdə təxminən 12 mindən çox şəxsi heyət üzvünü itirib. Bundan başqa RF Silahlı Qüvvələrinin 362 tankı, 1205 zirehli döyüş maşını, 135 artilleriya sistemi, 62 reaktiv yaylım atəşi sistemi, 33 HHM sistemi, 58 döyüş təyyarəsi, 83 helikopteri, 585 avtomobil texnikası, 3 kater/gəmisi, 60 sisterni, 7 kəşfiyyat PUA-sı məhv edilib.

COMMENTS