Rusların kalonu pusquya düşdü, darmadağın edildi

Rusların kalonu pusquya düşdü, darmadağın edildi

İrimiqyaslı döyüş zamanı Rusiya zirehli texnika kalonu Ukrayna Silahlı Qüvvələri tərəfindən pusquya salınıb və məhv edilib.

DOSYE.ORG xəbər verir ki, bu barədə Teleqramda görüntülər yayılıb.

Rus hərbçiləri böyük bir bölmənin tərkibində magistral yollardan biri ilə hərəkət edərkən, gözlənilmədən hücuma məruz qalıblar.

Qumbaraatandan açılan atəş Rusiya qoşununun tankını məhv edib. Dərhal canlı qüvvə əraziyə toplanıb və ele bu an avtomatik silahlardan güclü atəş açılıb. Rus hərbçiləri arasında panika başlayıb – onlar uzaqlaşmağa çalışaraq müxtəlif istiqamətlərə səpələnməyə başlayıblar.

Rusiyanın canlı qüvvə və texnika itkilərinin sayı dəqiqləşdirilir.

COMMENTS