Rüstəm Şahbazovun qatıq satan qardaşı oğlu necə jurnalist olub?

Rüstəm Şahbazovun qatıq satan qardaşı oğlu necə jurnalist olub?

Ötən yazımızda Cəlilabad rayon Muğan kənd orta məktəbinin riyaziyyat müəlliməsi, Muğan kənd bələdiyyəsinin üzvü Aygün Məlikovanın özünü Səda TV adlı internet televiziyasının jurnalisti kimi təqdim edən, Muğan kənd sakini Rəşad Şahbazov tərəfindən şantaja məruz qalmasıyla bağlı məlumat vermişdik. Aygün Məlikova artıq həmin müsahibəsində Daxili İşlər Nazirliyinə şikayət etmişdi və müraciət nazirliyin nəzarətindədir.

İndi isə A.Məlikova R.Şahbazovun onun evini, övladlarını mobil telefona çəkərək sosial şəbəkədə yayacağıyla bağlı şantaj etməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinə məktub hazırlayır.

Bəs Rəşad Şahbazov kimdir və o, kimə arxalanır?

Rəşad Şahbazovun əmisi Rüstəm Şahbazov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətində rəis müavini işləyir. O, şəxs Rüstəm Şahbazovdur. Rüstəm Şahbazova nəinki qardaşı oğlu Rəşad Şahbazov, Cəlilabadda yaşayan bütün Şahbazovlar arxalanır. Amma əldə etdiyimiz məlumata görə Rüstəm Şahbazov qardaşı oğlu Rəşadın və onun kimi qohumlarının əlindən cana doyub. Hətta bəzi qohumlarıyla onun adını mətbuatda hallandırdıqlarına görə arası yoxdur.

Rəşad Şahbazovun ailəsi uzun müddət Rusiyada yaşayıb. Daha sonra isə Azərbaycana qayıdıblar. Rəşad Muğan kəndinə qayıtdıqdan sonra saxladıqları heyvanların qatıq və südünü dükanlara paylamaqla dolanıb. Biz qatıq satmağın qəbahət olduğunu demirik, amma qatıq satanın bir müddət sonra gedib hansısa redaksiyanın vəsiqəsini əldə etməsi və jurnalistikanın peşə qaydalarını bilmədən insanları hədələməsi cinayətdir. Rəşad Şahbazov Səda TV-nin vəsiqəsini əldə edib və adı çəkilən kanalla əməkdaşlıq edir. Buna etirazımız yoxdur. Amma bu adam davasını apardığı bu vətənə olan borcunu verməyib, yəni hərbi xidmətdə olmayıb, davasını apardığı vətənin ana dilində danışa bilmir, yəni Azərbaycan dilində bu adam iki sözü bir-birinə qoşub sənə deyincə ürəyin çəkilir.

R.Şahbazov indi özlüyündə elə düşünür ki, ondan yoxdur və illərdir mətbuatda külüng çalan media nümayəndələrini lağa qoyur. İlk öncə onu demək istəyirik ki, Rəşadın çəkdiyi süjetləri bu gün sosial şəbəkələrdə hamı çəkib paylaşır. Bu jurnalistika deyil və elə böyük zəhmət və savad tələb etmir. Sən mikrofon tutursan və vətəndaş da öz problemini nəql edir. Rəşada onda oğul deyərəm ki, beş dəqiqəlik səs yazısını yazıya köçürsün və bir başlıq qoyub yazı hazırlasın. O, bunu bacarmır və yazdığı statuslarda da Azərbaycan dilində divan tutur.

Rəşadın çəkdiyi süjetlər hər gün Cəlilabad rayonunun kəndlərindəndir. Bu da Xoşqədəm Hidayətqızı kimi gedib bir yetim tapıb onu efirə çıxarır. Məsələn, danışır ki, kəndin qaz və işıq problemi var və üstəlik buna görə Cəlilabad rayon İcra Hakimiyyətini tənqid edir. Amma bu adam bilmir ki, Cəlilabad İcra Hakimiyyəti nə qaz, nə də işıq çəkmir. Bunun üçün “Azəriqaz” İstehsalat Birliyi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti var və o qurumlar da regionlaşdırılıb. İcra Hakimiyyəti də vətəndaşların problemini həmin qurumların diqqətini çatdırır və problemlər mərhələli şəkildə həll edilir.

Özünü media nümayəndəsi adlandıran bu adam bəs görən məmur əmisinin Cəlilabaddakı mülklərini niyə çəkib efirdə yayımlamır?

Rəşad Şahbazov iddia edir ki, o jurnalistdir və insanların problemini, məmur özbaşınalığını işıqlandırır. Əmlak Məsələləri Dövlət Xidmətində rəis müavini işləyən Rüstəm Şahbazovun, yəni Rəşad Şahbazovun əmisinin Cəlilabadda hektarlarla torpaq sahələri, üzüm bağları var. Bu torpaq sahələrinə də Rüstəm Şahbazovun rayonda yaşayan qardaşı nəzarət edir. Biz gələn yazımızda o ərazilərin fotolarını da təqdim edəcəyik. Bəs əgər Rəşad məmur özbaşınalığından danışırsa, mən media nümayəndəsiyəm deyirsə, niyə öz məmur əmisinin dövlətdən taladığı torpaq sahələrini, üzüm bağlarını işıqlandırmır?! Biz bir söz demirik, o, işıqlandırmırsa, biz işıqlandıracağıq.

Amma əlilə, qadın müəlliməyə “ilişmək” media nümayəndəsinin işi yox, qatıq satanın işidir. Təklif edirik ki, Rəşad Şahbazov özünü rayonda qoçu kimi aparmağa son qoysun, əks halda hələ etdiyi özbaşınalıqlardan mətbuatda çox yazılar gedəcək.

Növbəti yazımızda Rəşadın əmisi Rüstəm Şahbazovun əvvəldə qeyd etdiyimiz kimi üzüm bağlarından və torpaq sahələrindən bəhs edəcəyik.

Bizi izləyin…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS