Rüştü Reçberin son durumu ilə bağlı açıqlama

Rüştü Reçberin son durumu ilə bağlı açıqlama

Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçberin son durumu ilə bağlı müalicə olunduğu xəstəxanadan məlumat verilib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı veteran futbolçunun durumunun hər gün daha da yaxşılaşdığı bildirilib:

“Bazar günü Covid-19 diaqnozu qoyulan və xəstəxanaya yerləşdirilən Rüştü Reçberin hələ də palatada təcrid və müalicəsi davam edir. Xəstəmizin ümumi vəziyyəti hər  gün daha da yaxşılaşır”.

DOSYE.ORG

COMMENTS