Rüşvətə görə işdən çıxarıldı – Başçı köməkçisi təyin edildi

Rüşvətə görə işdən çıxarıldı – Başçı köməkçisi təyin edildi

İcra başçısı İlqar Abbasov bacanağı Etibar Yolçuyevi vəzifəsindən azad etdi.

Şirvan şəhər İcra Hakimiyyəti başçısının yeni köməkçisi təyin edilib. İcra başçısı İlqar Abbasov bu vəzifəni Barxudar Barxudarova həvalə edib. Bildirək ki, B. Barxudarov Suraxanı rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışıb.

Məlumata görə Barxudar Barxudarov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru vəzifəsindən rüşvətə qalmaqalına görə çıxarılıb. Rüşvətə görə işdən çıxarılan Barxudarov Şirvan şəhər İcra Hakimiyyəti başçısının yeni köməkçisi təyin edilib.

Qeyd edək ki, Şirvan şəhər icra başçısının köməkçisi vəzifəsində İlqar Abasovun bacanağı Etibar Yolçuyevi işləyirdi. Son günlər Etibar Yolçuyevin adının mətbuatda tez-tez hallanmasına görə icra başçısı İlqar Abbasov bacanağını köməkçi vəzifəsindən uzaqlaşdırmağa məcbur olub.(AzFakt.com)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS