“Səbail” “Kəpəz”ə qalib gələrək sonuncu yerdən qurtuldu

“Səbail” “Kəpəz”ə qalib gələrək sonuncu yerdən qurtuldu

Misli Premyer Liqasında 20-ci tur davam edir. 

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan artıq 1-i keçirilib.

Günün ilk oyununda autsayderlər üz-üzə gəlib. “Səbail” öz meydanında “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Səbail” bu qələbədən sonra turnir cədvəlində 15 xalla 9-cu yerə yüksəlib. “Kəpəz” isə 14 xalla 10-cu yerdə qərarlaşıb.

Günün ikinci matçında “Sabah” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

Misli Premyer Liqası

20-ci tur

25 yanvar

16:00. “Səbail” – “Kəpəz” – 1:0

Qol: Madi Queta, 11 (1:0)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev

VAR: Tural Qurbanov

AVAR: Elşad Abdullayev

“ASCO Arena”

18:30. “Sabah” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Asiman Əzizli

“Bank Respublika Arena”

26 yanvar 

16:00. “Araz-Naxçıvan” – “Neftçi”

18:30. “Qarabağ” – “Turan Tovuz”

24 yanvar 

“Şamaxı” – “Zirə” – 1:2

COMMENTS