Səbuhi Abıyev Alaniya Dostluq Konfransında erməni vandallığı və Qarabağ məsələsindən danışıb
Aprelin 23-dən mayın 2-nə qədər Türkiyənin Alaniya şəhərində keçirilən Dostluq Konfransında əlamətdar hadisə baş verib. Dosye.org xəbər verir ki, dünyanın 8 ölkəsindən konfransa qatılmış gənclər yaşadıqları məmləkətlərinin problemlərindən, dünya dövlətlərinin inteqrasiyası və xalqlar arasında sərhədlərin götürülməsindən danışıblar.
Azərbaycanı bu konfransda təmsil edən Səbuhi Abıyev bütün çıxışını Qarabağ məsələsinə həsr edib. O çıxışında bildirib ki, Azərbaycan işğala və terrora məruz qalmış ölkədir.
Torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olunmuş Azərbaycanın əsas problemi isə Qarabağ münaqişəsidir ki, onun da həllini Ermənistan istəmir. Erməni vandallığı, Xocalı faciəsi və düşmənin xalqımıza qarşı etnik təmizləmə siyasətindən danışan Səbuhi Abıyev tezliklə münaqişənin həllinin tərəfdarı olduğunu dilə gətirib.
10 günlük kofnrans dövründə xarici qonaqlarla aktiv əlaqə quraraq, Azərbaycan həqiqətlərini çatdıraq Səbuhi Abıyev Alaniya Dostluq Konfransının xüsusi sertifikatı ilə mükafatlandırılıb. Belə ki, konfransın təşkilatçılarından olan Səmra xanım tərəfindən ona sertifikat verilib.
Dosye.org
COMMENTS