“Sədərək Yusif” kimi tanınan məşhur sahibkar Yusif Qədimbəyli Suraxanı rayon Hövsan qəsəbəsində yeni bazar inşa etdirir.
DOSYE.ORG xəbər verir ki, obiyekt Su polisinə yaxın ərazidə hazırlanıb istifadəyə veriləcək. Maraqlı məqam ondan ibarətdir ki, Sədərək bazarı olduqca böyük bir ərazidə yerləşir və ölkənin bütün ərazilərindən alış-veriş etmək üçün vətəndaşlar adı hallanan məkana gəlir.
Belə bir möhtəşəm və eyni zaman da ərazisi olduqca geniş olan bazar olduğu halda, Hövsanda elə bir bazara ehtiyac varmı?
Görünən odur ki, “Sədərk Yusif” Bakı şəhərinin bütün istiqamətlərində boş ərazi saxlamaq fikrində deyil.
Xatırladaq ki, Yusif Qədimbəyli bir zamanlar Prezident Aparatın keçmiş rəhbəri Ramiz Mehdiyevin ən yaxın adamlarından biri, daha dəqiq desək birincisidir.
DOSYE.ORG
COMMENTS