Avropa oyunları ilə əlaqədar Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta girişinə qoyulan qadağa qüvvədə saxlanılıb.
Qeyd edək ki, qadağa may ayının 29-dan iyulun 1-ə qədər olan müddəti əhatə edirdi. Yol polisinin verilən məlumata görə, bu qadağanın saxlanılmasında məqsəd şəhərdə yaranan tixacların qarşısını almaqdır. Bu məqsədlə Nazirlər Kabineti tədbirlər planı hazırlayacaq. Bu plan həyata keçiriləndən sonra rayon qeydiyyatlı maşınların da üzünə “yaşıl işıq” yandırılacaq.
Amma tixacdan əziyyət çəkən sürücülərin heç də hamısı yol polisinin bu qərarında razılıq etmir.
ANN.TV-nin çəkiliş qrupunun araşdırdığı məsələ bu mövzunu əhatə edir. Sürücülər, şəhər sakinləri, həmçinin ekspert Rahab Qazıyev Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta buraxlıb-buraxılması məsələsinə dair fikirlərini bildiriblər.
COMMENTS