Top.Mail.Ru

Şəhid oğlu Taxtakörpü-Ceyranbatan su kanalında boğuldu

Şəhid oğlu Taxtakörpü-Ceyranbatan su kanalında boğuldu

Taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1977-ci il təvəllüdlü Təhməzov Fariz Hidayət oğlunun axtarışları başa çatıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, F.Təhməzovun meyiti nazirliyin hadisə yerinə cəlb olunan müvafiq qurumları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzərTAc-ın məlumatına görə, Laçın rayonunun Minkənd kəndindən məcburi köçkün olan 41 yaşlı F.Təhməzovun atası Hidayət Təhməzov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.

F.Təhməzovun ərazidə qoyun otardığı və suya düşən quzunu xilas edərkən göldə boğulduğu bildirilir.

DOSYE.ORG

COMMENTS