Şəhidimiz bu gün Ağstafada dəfn olunacaq

Şəhidimiz bu gün Ağstafada dəfn olunacaq

Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğlu bu gün doğulduğu kənddə dəfn ediləcək.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, şəhidimizin nəşi bu gün təxminən saat 11-də Ağstafa rayonuna gətiriləcək.

Məlumat üçün bildirək ki, E.Həsənov müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub, bir neçə ay öncə ailə həyatı qurub.

 

COMMENTS