Səhiyyə Naziri Oktay Şirəliyevə MÜRACİƏT

Dosye.org saytın elektron ünvanına daxil olan müraciəti olduğu kimi ixtayırınıza veririk:

Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oktay Şirəliyevə

Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi 6 cı massıv 2 ci küçə ev 26 da yaşayan Qarabağ müharibəsi veteranı,  Abbasov Sahib Ramazan oğlu tərəfindən

MÜRACİƏT

cənab Nazir!

Bununla 3 cü dəfədir ki,  məcburiyyət qarşısında qalıb internet vasitəsilə Sizə  müraciət edirəm. Respublika xəstəxanasının Dializ şöbəsində nə baş verir? Mən , Sizə ” Zülfiyyə  həkim” barəsində danışacam. Zülfiyyə həkim kalsium tabletkasını analizin cavabına baxmadan normadan artıqlaması ilə içirtdi. Bildirirdi ki, sümüyün bərkiyəcək. Sümüyümün bərkiməsi əvəzində həmin tabletka  məndə şiş əmələ gətirdi. Mən həmin şişi xərçəng xəstəliyi bilib İran İslam Respublikasında Onkoloji xəstəxanaya müracət edim.

Orada həkimlər mənə ddilər ki, sən kalsium tabletkasını artıqlaması ilə içibsən , sonra Bakı şəhərindəki Onkoloji xəstəxanaya getdim,orada da həmin sözlər deyildi. Mən həmin tabletkanı içmədim. Nəticədə şiş  çəkildi. 5 – 6 ay ərzində hər dəfə mən şişimi yoxlayırdım və daxilən istirablar çəkirdim.  Zülfiyyəxanım mənə belə əzablar verdi. Zülfiyyə xanım işə gəlib otağa  daxil olur bir də iş vaxtı qurtaranda otaqdan çıxıb gedir, heç bir xəstə ilə maraqlanmır ,  analizlərin cavaabına baxaraq təyinat yazmır. 

Bir dəfə onun iş oatağına getdim analizimin cavabını soruşdum, mənə dedi çay içirəm , çöldə gözlə, 10 – 15 dəqiqədən sonra yenə otağına daxil oldum, analizin cavabını soruşanda  heç biriniz mənə hörmət etmirsiniz, amma analizin cavabını soruşmağa tez gəlirsiniz.  Məcburiyyət qarşısında qalıb onun otağından çıxıb dializ olunmağa getdim. 

Növbəti dializ günü yenə həkmlər otağına getdim ki, analizimin cavabını öyrənim, şöbə müdirinin yanında Zülfiyyə həkim  qışqırq – qışqıra bildirdi ki, analizin cavabını xəstəyə deməyə mənim ixtiyarım yoxdur . Deyəsən Zülfiyyə xanım analizin cavabı ilə dövlət sirrin səhv salıb. Bir dəfə də  Daxili İşlər Nazirliyinin Hozpitalında analiz verdim , analizin cavabını  Zülfiyyə xanıma verdim ki, mənim üçün oxusun, O isə bildirdi  ki, analiz başqa dildə yazılıb , həmin analizin cavabını şöbədəki Darvin həkimə göstərən kimi  analizin cavabını  mənə izah etdi. Bu Darvin həkim bu da Zülfiyyə xanım…                                            

İndi görün biz xəstələr nələr çəkirik.  Mən bu barədə  şöbə müdirinə bildirəndə O dedi ki, Zülfiyyənin güclü arxası var , mən onunla bacarmıram.. Belə  çıxır ki, onda biz ölməliyik. Qış ayında  yaşlı Sahib adlı bir xəstə dializdən sonra  ayaq yolunda yıxılmışdı, iki saatdan çox soyuq metlaxın üstündə qaldı, adamları gəlib çıxmasaydı bu xəstənin talehi necə olacaqdır ? allah bilir.  Zülfiyyəxanım isə öz otağında isti çay içirdi. 

Zülfiyyə xanım , Aybəniz adlı xəstənin dərmanını onun özünə heç utanmadan 30 manata satmışdır. Halbuki mən öz dərmanlarımı pulsuz paylayıram. 5 sentyabr 2015 ci il tarixində  təzə gəlmiş xəstənin analizlərini verdirmədən və yoxlamadan  Zülfiyyə xanım aparata qoşdurdu, 10 dəqiqə keçməmiş  xəstə öldü,  Zülfiyyə xanıma bir söz deyən yenə də omadı. Bizi onun əlindən xilas edin.  Sizdən çox xahiş edirəm mənim müracətimi araşdırıb tədbir görün.

COMMENTS