Şəkidə mal-qara bazarı bağlanıb.
Dosye.org Kanal S-ə istinadən xəbər verir ki, əsasən, bazar günləri fəaliyyət göstərən bazara ötən gündən girişə icazə verilməyib. Ərazidə növbə çəkən polis əməkdaşları bazara gələn mal-qara sahibləri və ot satıcılarını geri qaytarıb.
Bazarın bağlanmasına səbəb son dövrlər Aran rayonlarında iribuynuzlu heyvanlar arasında geniş yayılmış nodulyar dermatit xəstəliyidir. Bu virus Şəkinin də bir çox kəndlərinə yayılıb. Qeyd edək ki, Dövlət Baytarlıq xidməti bundan əvvəl də bir sıra rayonlarda mal-qara bazarının fəaliyyətini dayandırmışdı.
COMMENTS