Məlum olduğu kimi mart ayının 19-da Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb
Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Bunun ardınca isə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov bir neçə gün öncə ləğv edilmiş Dövlət Sosial Müdafiə Fondunda ilk iclasını keçirib. Daxil olan məlumata görə, nazir iclasda bir sıra tapşırıq və tövsiyyələrini verib. Bununla belə, Səlim Müslümov Fondda bir sıra şöbələrin ləğv edilməsi ilə bağlı da qərar çıxarıb. Hazırda sabiq DSMF sədri Elman Mehdiyev isə nazir S.Müslümovun müavini kimi tam şəkildə onun tabeçiliyindədir.
Ancaq proses bu qədər sadə deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovla Dövlət Sosial Müdafiə Fondununu rəhbəri Elman Mehdiyev arasındakı münasibətlərin görünməyən tərəfləri haqda Politika.Az-a məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, DSMF-də hələ Səlim Müslümov zamanında qurulmuş korrupsiya şəbəkəsi sonradan Elman Mehdiyev tərəfindən idarə edilib: “Əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin olnmasına baxmayaraq Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunu da nəzarətdə saxlayıb. E.Mehdiyevin bu quruma rəhbərliyi formal xarakter daşıyıb. DSMF rayon şöbələrindən yığılan pullar da əvvəlki kimi S.Müslümovun ixtiyarında olub, E.Mehdiyevə isə öz komandası-yəni aparatı saxlamaq üçün aylıq 100 min manatlıq “paket” verilib.”
Bütün bunlar haqda redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, DSMF sədri bir müddət sonra formal rəhbərliyi qəbul etməyib və “qiyam”a qalxıb. Hətta bunun üçün Maliyyə naziri Samir Şərifovun dəstəyindən də istifadə edilib. Ancaq göründüyü kimi nəticə etibarı ilə S.Müslümov bu mübarizədə qalib gəldi. İndi isə E.Mehdiyev zamanında etdiyi xəyanətə görə hesab verməyə məcburdur. Belə ki, Politika.Az-a daxil olan məlumata görə S.Müslümov DSMF-nin fəaliyyətini araşdırmağa və ötən illər ərzindəki korrupsiya və maliyyə maxinasiyalarını üzə çıxarmağa göstəriş verib. Mənbəmiz həmin maxinasiyalar haqda da ətraflı məlumat verib: “DSMF-də qurulmuş korrupsiya sistemi vasitəsilə pensiyaçilara və siğortaçı təşkilatların ödənişlərindən gizli şəkildə pullar mənimsənilib. DSMF tərəfindən pensiyaçılara məxsusu pullar üzerində qanunsuz sərəncam verilib”.
Politika.Az-a daxil olan məlumata görə ötən illər ərzində DSMF-nin həm mərkəzi aparatında həm rayon şöbələrində hədsiz qanunsuzluqlar baş verib. Fondun rayon şöbələrində çalışan əksər rəhbər işçilər “qaydasız döyüş taktikası”ndan istifadə edərək vətəndaşların müxtəlif bəhanələrlə süründürülməsi yolu ilə məmurlara qazanmaq imkanlarını artırmaq şansları verib. DSMF-də mövcud nəzarətsizlik şəraitində belə qazanc yolları yetərincədir. Ən əsası odur ki, vətəndaşların pensiyalarını nələrinsə qarşılığında artırmaq imkanlarını rayon şöbələrində çox rahat şəkildə ortaya qoya biliblər. Belə qanunsuz artımlar fondun əməkdaşları üçün əsas “çörək” yeri sayılıb. Elman Mehdiyev məhz bunları etiraf etməklə heç olmasa öz bfəaliyyətsizliyinə haqq qazandıra bilərdi. DSMF-nin rayon şöbələrində büdcə vəsaitlərini yox etməyin cürbəcür üsullarını müəyyənləşdirmişdi. Başqa bir fakt da sosial müdafiə strukturlarına xas olan belə deyək, ənənəvi biabırçılıqları faş edilir. Məsələn, fiziki şəxslərdən Ünvanlı Sosial Yardım almaq üçün bəlli yığım hesabına köçürülməli olan vəsait adı ilə başqa yollara əl atılır. Bu isə elə müəyyənləşdirilib ki, mahiyyətcə dövlət vəsatinin ortaq maraqlara uyğun bölüşdürülməsini təmin edə bilir. Baxmayaraq ki, bu bölgü prinsipi tamamilə qanunsuzdur.
Elman Mehdiyevin “qanunları” əsasında əgər pensiyacı ödenilən pulun 50 faizini neğd şekildə geri qaytararsa bu halda onun pensiyası tam ödenilir. Hərbi qulluqçular ücün bu rəqım 70 faizlə hesablanır. Yiğilan pullar bir “kassa”da toplanır və mənimsənilir. Aparılan araşdirma və rəy sorğularına əsasen məlum olub ki, Elman Mehdiyevin sədrliyi dövrundə 2013-2015-ci illərdə təxminən 16 milyon manat vətəndaşlara məxsus olan vəsaitlər mənimsənilib. Aparılan araşdirmalar nəticəsində müəyyən olunub ki, DSMF-nin vetəndaşlara ödədiyi pulların mənimsənilməsi ilə bağlı 2013-2015-ci illər ərzində təxminen 2600-dan çox məhkəmə qərarı DSMF-nin eleyhinə olub. Elə tək bu faxt E.Mehdiyevin fəaliyyəti haqda tam təəssürat yaradır. İndi isə bütün bu əməllərərə, qanunsuzluqlara görə cavab vermək zamanı çatıb.
Dosye.org
COMMENTS