Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Ağsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub. Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.
Qeyd edək ki, vəzifəsindən azad olunan Ş.Məlikova Səlim Müslümovun dayısının həyat yoldaşıdır.
COMMENTS