Səməd Səmədov bu qıza görə 15 illik ortağından ayrıldı

15 illik duet ortağı Sevda Əliqızından ayrılan xalq artisti Səməd Səmədov bu gündən etibarən yeni duet ortağı Şəbnəm Aslanqızı ilə fəaliyyətə başlayır.

Bu barədə Lent.az-a S.Səmədovun özü məlumat verib. O, bildirib ki, artıq bütün toylarda onun yanında S.Əliqızı yox, yalnız Ş.Aslanqızı olacaq: “Artıq Şəbnəmlə iş birliyinə başladıq. Şəbnəm çox cavan, müasir və istedadlı xanımdır. Özünəməxsus səsi var. Sevda xanımla ayrılığa gəldikdə isə, İstədim ki, yeni duet ortağım cavan, istedadlı bir xanım olsun. Düşünürəm ki, mənlə duet oxuyan digər xanımlar kimi Şəbnəm də Azərbaycanda seviləcək. Buna inanıram”.

Qeyd edək ki, S.Səmədov 15 illik duet ortağından ayrılmasına səbəb kimi S.Əliqızının qocalmasını göstərmişdi. Yeni duet ortağının 29 yaşı var.

Lent.az xalq artistinin yeni duet ortağı Şəbnəm Aslanqızının şəkillərini təqdim edir.

COMMENTS