Top.Mail.Ru

Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı VURULDU + VİDEO

Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı VURULDU + VİDEO

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.
Bu barədə dosye.org-a Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi eşidilib.
Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.
Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb.
Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.
 DOSYE.ORG

COMMENTS