Şəmkirdə 17 yaşlı yeniyetmə bıçaqlanıb

Şəmkirdə  bıçaqlanma olub.

APA-nın qərb bürosunun xəbərinə görə, rayonun İrmaclı kənd sakini, 1999-cu il təvəllüdlü Tapdıq Əbilzadə sol bazu və sol bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Yeniyetmənin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

Dosye.org

COMMENTS