Şəmkirdə 39 yaşlı qadın öldürüldü

Şəmkirdə 39 yaşlı qadın öldürüldü

Şəmkirdə qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, rayon sakini 39 yaşlı Aynurə Zamanova bıçaqlanaraq qətlə yetirilib. İlkin məlumata görə, qadın qardaşı oğlu tərərfindən öldürülüb.

Öldürülən qadının bir övladı var. Qətlin qıcqanclıq zəminində törədildiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS