Şəmkirdə tibb bacısı həkimi bıçaqlayıb

Şəmkirdə bıçaqlanma olub.

Dosye.org  APA.az-a istinadən verdiyi məlumata görə, hadisə Şəmkir Rayon Mərkəzi xəstəxanasında qeydə alınıb. Tibb ocağının reanimasiya şöbəsinin tibb bacısı Sadəgül İbadullayeva mübahisə zəminində xəstəxananın qanköçürmə şöbəsinin həkimi, 1959-cu il təvəllüdlü Nurəddin Məmmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

COMMENTS