“Səni saxlayan kişi…” – Rəksanə Kəmalə ilə bağlı od püskürdü

“Səni saxlayan kişi…” – Rəksanə Kəmalə ilə bağlı od püskürdü

Müğənni Rəqsanə İsmayılova “Instagram” hesabında canlı yayım açaraq ”Maşın”  şou ilə bağlı qalmaqallı açıqlamalar verib.

“Yeni Sabah” xəbər verir ki, ifaçı  şounun qalibinin Kəmalə Piriyeva olacağını bildirib və atmacalı fikirlər səsləndirib:

“Niyə Kəmalənin əlini maşından çəkməyini vermədiniz? Nəyə görə pul alıb sildiniz? Əgər düzgünlük varsa, işinizi düzgün edin. Niyə düzgün iş görmürsünüz? Mən həqiqət nədirsə, onu deyirəm. Həqiqət budur, yaxşı day-dayın olmalıdır, arxanda səni saxlayan kişi olmalıdır. İmkanlı olsun, oteli olsun, klinikası, restoranları olsun. O pul buraxsın sənin arxandan. Həqiqət budur, əzizim.

O ki, qaldı  Laləyə, Türkana… Ay bala, hamısı boş şeylərdir. Bir-birinizi qırmayın, o maşın Kəmalənindir”.

Qeyd edək ki, sosial şəbəkələrdə aparıcı Kəmalə Piriyevanın “Maşın” şouda əlini çəkməsi ilə bağlı görüntülər səs-küyə səbəb olub. “M Group Production”ın mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli “Yeni Sabah”a açıqlamasında həmin görüntünün araşdırıldığını və Kəmalə Piriyevanın qayda pozuntusu etmədiyi deyib.

DOSYE.ORG

COMMENTS