Ermənistan KİV-i xəbər verir ki, Nikol Paşinyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının əməkdaşları hazırda Müdafiə Nazirliyinin binasındadır.
DİA.AZ xatırladır ki, müdafiə naziri Suren Papikyan hazırda səfərdədir: o, bir gün əvvəl Brüsselə işgüzar səfərə gedib və NATO qərargahında görüşlər keçirib.
Görüşün təfərrüatları açıqlanmır.
Aydın olanı odur ki, sərhəddəki əməliyyatı Paşinyan şəxsən idarə edir.
Teleqram kanallarının yaydığı məlumata görə, Avropa İttifaqının sərhəd gözləmçiləri də davamlı olaraq baş verənlərlə bağlı məlumatlandırılır.
COMMENTS